5 yaşlı Əsgərə görə İngiltərədə Azərbaycan və Türkiyə bayraqları dalğalanacaq - FOTOLAR

5 yaşlı Əsgərə görə İngiltərədə Azərbaycan və Türkiyə bayraqları dalğalanacaq - FOTOLAR backend

5 yaşlı Böyük Britaniya vətəndaşı, Azərbaycan əsilli Əsgər Əmiral İngiltərədə oxuduğu məktəbin önündə Azərbaycan və Türkiyənın bayraqlarını daimi dalğalandırmağa nail olub.

Bu barədə Publika.az-a məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Elturk verib.

“Balaca Əsgər Azərbaycanı və Türk dünyasını sevən Tomas Əmiral-Mudi və əslən azərbaycanlı Röyalə Əmiralın övladıdır. Bu gözəl ailə daima Azərbaycanın tarixi və mədəniyyətini Britaniyada tanıdırlar. Qeyd edim ki, Əsgərin atası Tomas Əmiral-Mudi Azərbaycan xalq musiqilərini ifa edir.



5 yaşlı Əsgər və 3 yaşlı bacısı Yelizavet Əmiral əsl azərbaycanlıdır. Xatırladım ki, balaca Əsgərin anası Röyalə Əmirəl ABŞ ordusunda yüksək vəzifə tutan azərbaycanlı polkovnik-leytenant Nəimi Əmiralin (Jonh Naimi Amiral) bacısıdır. Balaca Əsgər məktəb rəhbərliyinə müraciət edib ki, o, təhsil aldığı müddət boyunca məktəb binasının qarşısında Azərbaycan və Türkiyə bayraqları dalğalansın. Rəhbərlik də onun sözünü yerə salmayıb və Azərbaycan, Türkiyə bayraqlarını məktəbin giriş hissəsinə asıblar”.



Diaspora