İranda növbəti zəlzələ baş verdi

İranda növbəti zəlzələ baş verdi backend

Bu gün İranın İraqla sərhədi yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Sərpol Zəhab şəhərindən 8 kilometr cənub-şərqdə qeydə alınıb.

Zəlzələ ocağının yerin 40 kilometr dərinliyində yerləşdiyi bildirilir.

Həlak olanlar və dağıntılar barədə hələlik məlumat verilmir.
Diaspora