Bakıda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 25 nəfər xəsarət alıb.
APA-nın verdiyi xəbərə görə, hərəkətdə olan 175 saylı marşrut avtobusu yoldan çıxaraq dərəyə aşıb. Avtobusun içərisində 20-yə yaxın sərnişin olub. Hadisə Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verib. Qəzaya səbəb avtobusun sərt döngəyə yüksək sürətlə daxil olmasıdır. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Onlardan 9 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 16 nəfər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.
APA