Yanvarın 5-də - cümə günü Qüds şəhərində güclü külək əsib.
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir. Təbii fəlakət nəticəsində sakinlər arasında yaralananlar var, infrastruktura xeyli zərər dəyib.Qüdsün Neve-Yakov bulvarında 67 yaşlı kişi küləyin aşırdığı ağacın alıtında qalaraq kürəyindən zədə alıb və xəstəxanaya yerləşdirilib. Təl - Əviv şəhərindəki Haşmonayim küçəsində 53 yaşındakı bir qadın güclü küləyin açdığı darvazanın zərbəsinə məruz qalaraq yaralanıb və kiçik zədə alaraq şəhərin “İxilov” xəstəxanasına aparılıb. Brodetski küçəsində isə ağac avtomobilin üzərinə aşaraq onu zədələyib. “Şalom” ticarət meydanında külək hasarı aşırdığından oradan keçən bütün küçələr avtomobillərin gediş-gəlişi üçün bağlanıb. Nacara küçəsində isə fırtına evin damını atıb, həyətdəki it zədələnib. Ölkənin digər şəhərlərində də oxşar hallar olub.