Bakıda sərxoş şəxs avtobusun şüşələrini qırdı

Bakıda sərxoş şəxs avtobusun şüşələrini qırdı backend

Bakıda avtobusundan düşürülən içkili sərnişin içi dolu avtobusun şüşələrini sındırıb.

Hadisə 65 saylı marşurut xətti üzrə hərəkət avtobusda qeydə alınıb. Nəticədə sərnişinlərdən xəsarət alan olmasa da, bunu edən şəxsin qolları kəsilib.

İçikili olduğu və avtobusda nalayiq sözlərdən istifadə etdiyi üçün avtobusdan düşürülür.

Buna qəzəblənən şəxs hərəkətə başlayan avtobusun şüşələrinə yumruqla zərbələr endirir və nəticədə orta qapının şüşəsi sınır. Bu hal digər sərnişinlərin qorxmasına səbəb olur.

Hadisə ötən gün günorta saatlarında paytaxtın Yasamal rayonu Şamaxinka kimi tanınan ərazisində 65 saylı marşurut avtobusunda baş verib. Həmin vaxt avtobusu idarə sürücü Gündüz Həsənovun sözlərinə görə hadisəyə səbəb sərnişinin içkili olması olub.

Sürücü dərhal hadisə ilə bağlı polisə məlumat verib. Hadisəni törədən şəxsin isə qolları kəsilib.

Digər sürücülər və sərnişinlər də son vaxtlar belə hadislərin tez-tez baş verməsindən narahatlıqlarını bildirir.

Sözü gedən hadisəylə bağlı polis tərəfindən araşdırma aparılır. (xezerxeber.az)
Diaspora