1,3 milyon avro dəyərində olan araq butulkası Kopenhagendəki “Kafe 33“ barından oğurlanıb.
Qaziler.az bildirir ki, bu barədə TV-2 məlumat verib.Qiymətli nümunənin oğurlanması ilə bağlı müəssisənin sahibi və kolleksiyaçı Brian İnqberq danışıb.
Söhbət 3 kq qızılın və 3 kq gümüşün istifadə olunduğu butulkadan gedir. İnqberq bildirib ki, yarım il əvvəl bu butulkanı Latviya kompaniyası olan Dartz Motorz-dan kirayə götürüb.
İnqberq güman edir ki, oğrularda kafenin açarının oxşarı olub. O həmçinin bildirib ki, naməlum şəxslər kolleksiyanın içərisindən ən bahalı nüminəni götürüblər.