Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib

Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib backend

Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 37 yaşlı Elnur Həsənov terrorçuluqda, terrorçuların düşərgəsində təlim keçməkdə və qeyri-qanuni silahlı birləşmələrə qoşulmaqda ittiham olunur.

E. Həsənov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Qeyd edək E. Həsənov Mingəçevir şəhərində doğulub.
Diaspora