Bu ölkədə 1 il ərzində 2000-dən çox zəlzələ baş verib

Bu ölkədə 1 il ərzində 2000-dən çox zəlzələ baş verib backend

Cari ildə Yaponiyada gücü yapon yeddi ballıq sistemi üzrə 1 bal və daha yuxarı olan 2000-dən çox zəlzələ qeydə alınıb.

Axar.az xəbər verir ki, dekabrın 29-da yerli vaxtla saat 19:00-a olan məlumata görə, ölkə ərazisində 2014 yeraltı təkan qeydə alınıb.

Agentlik, həmçinin bildirib ki, səkkiz zəlzələnin intensivliyi 5 və daha yuxarı bal olub.

Agentliyin əməkdaşları qeyd ediblər ki, Yaponiyada 2011-ci ilin martında baş vermiş dəhşətli zəlzələdən sonra seysmik fəallıq davam edir. Onlar əhalini gələn il baş verə biləcəyi gözlənilən yeraltı təkanlara qarşı hazır olmağa çağırıblar.
Diaspora