Dekabrın 27-də, axşam saatlarında Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.
Qaziler.az oxu.az-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü paytaxt sakini Əliyev Elvin Əziz oğlu özünü asıb.İlkin səbəblərə görə, o, külli miqdarda borcu olduğuna görə intihar edib.
Məlumata görə, Elvin Əliyev Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun kürəkənidir.