Türkiyənin Kocaeli ərazisində azərbaycanlı gənc faciəvi şəkildə ölüb.
Qaziler.az-ın “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Tavşanlı məhəlləsində meydana gəlib. Əldə olunan məlumata görə, həmyerlimiz Seyid Əli Səlimov fabrikdə parçalama mikserinin qazanını təmizləmək istəyib.27 yaşlı gənc qazanın içində olarkən digər bir işçi aparatı işə salıb. Səlimov həmin cihazın içində qalıb və digər işçilər onu çıxarmağa çalışıb. Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib. Müdaxilələrə baxmayaraq Seyid Əli hadisə yerində dünyasını dəyişib.
Gebze Baş Prokurorluğunda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Seyid Əli QTV onlayn kanalının və ARB Şəkinin əməkdaşı olub.