Göygöldə qətl törədən şəxsin kimliyi məlum olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1949-cu il təvəllüdlü Musayev Qəzənfər Müzəffər oğlunu rayon sakini, 1952-ci il təvəllüdlü Semur Muradovun qətlə yetirdiyi məlum olub. Bildirilir ki, onlar Q. Musayevin evində yeyib-içdikdən sonra mübahisələri yaranıb və sərxoş S. Muradov bıçaqla tanışını qətlə yetirib. Bir neçə dəfə məhkumluq həyatı yaşayan S. Muradov saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır.
***
26 dekabr
23.49
Göygöldə qətl hadisəsi törədilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərində qeydə alınıb. Şəhərin Rövşən Nəsibov küçəsində yaşayan 1949-cu il təvəllüdlü Musayev Qəzənfər Müzəffər oğlu bıçaqlanıb. O dərhal xəstəxanaya aparılsa da öldüyü məlum olub. Onun tanıdığı şəxs tərəfindən qətlə yetirildiyi bildirilir. Cinayəti törədən şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.