Göyçayda məktəb direktoru iş otağında infarkt keçirərək dünyasını dəyişib

Göyçayda məktəb direktoru iş otağında infarkt keçirərək dünyasını dəyişib backend

Göyçay rayonunda məktəb direktoru ürək tutmasından dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə rayonun Çayarxı kənd tam orta məktəbinin direktoru, 1954-cü il təvəllüdlü Mübariz Şamilov iş otağında infarkt keçirib.

O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan direktor ikin tibbi yardımdan sonra müalicə üçün Bakı şəhərinə aparılsa da, orada dünyasını dəyişib.

Məktəb direktoru Mübariz Şamilovun maddi cəhətdən sıxıntısının olduğu, bu səbəbdən də bir müddətdir, özünü narahat hiss etdiyi bildirilir.

Qeyd edək ki, Göyçay şəhər 9 saylı orta məktəbin direktoru damarını kəsərək özünə qəsd edib. Məlumata görə, hadisə ötən gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbdə baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin direktor otağında qolunun şah damarını kəsərək intihara cəhd göstərib. Çoxlu qan itirməsi səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır. Hazırda o, reanimasiya şöbəsindədir.

Rayon sakinlərinin məlumatına görə, uzun illərdir, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu və pulu verə bilmədiyi üçü özünə qəsd edib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Diaspora