Lənkəranda qış mövsümündə alça ağacı bar gətirib.
Bağ sahibi deyir ki, son zamanlar havaların isti keçməsi səbəbindən alça ağacında canlanma baş verib. Noyabrda yenidən çiçəkləyən ağaclar dekabr ayının sonlarında ikinci dəfə bar verib.Qeyri-adi təbiət hadisəsi baş verib. Dekabr ayında alça ağacı bar verib.
Alça ağacı yaz aylarında havalar istiləşəndə çiçəkləyir və yay aylarında ağcdan meyvə dərilir. Ancaq Lənkəranın Cil kənd sakini Cəsarət Əkbərovun həyətyanı sahəsində 15-illik alça ağacı bar gətirib.Bağ sahibi deyir ki, son zamanlar havaların isti keçməsi səbəbindən alça ağacında canlanma baş verib. Noyabrda yenidən çiçəkləyən ağaclar bu il ikinci dəfə bar verib. Hazırda alça ağacında həm çiçəklər, həm də məhsul var.
Kənd sakinləri də ilk dəfədir ki, belə bir halla qarşılaşdıqlarını deyirlər.
Mütəxəssislərin fikrincə, ümumiyyətlə alça ağacı payız-qış aylarında artıq dərəcədə gün şüası qəbul etdikdə çiçəkləməyə meyilli olur. Hər il bu ağaclar yalançı çiçəklər açır və az sonra tökülür. Mülayim havalar davam edərsə meyvələr tam yetişə də bilər. (xezerxeber.az)