Polisə zəng edən naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib.
Bu barədə APA-nın hadisə yerində olan əməkdaşına "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat ötürülüb və əraziyə xilasedicilər gəlib, axtarışlara başlanıb.O qeyd edib ki, hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb.
Əlavə edək ki, vağzalda şübhəli əşyanın axtarışlarına xüsusi təlim görmüş itlər cəlb edilib.
***
12.58
Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub.
APA-nın məlumatına görə, vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakı Dəmiryolu Vağzalında olan vətəndaşlar təxliyə edilib. Vağzalın ətrafı lentlə əhatəyə alınıb, içəri heç kim buraxılmır.