Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovu beynəlxalq axtarışa verib.
APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, N.Səlifov adam oğurluğu və hədə-qorxu ilə başqasından pul almaqda təqsirli bilinir.İstintaqın versiyasına əsasən, N.Səlifov Moskvada insanların oğurlanması və onlardan pul alınması üçün göstəriş verib. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur.
Bildirilir ki, istintaq materiallarına Cinayət Məcəlləsinin 210-u (“cinayət təşkilatının yaradılması”) maddəsi də əlavə oluna bilər. Hazırda N.Səlifovun Türkiyədə yaşadığı bildirilir.