Çilinin Çayten kommunasında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 3 nəfər ölüb.
"Report"un məlumatıına görə, bu barədə "20 minutos" xəbər verib.Xəbərdə bildirilir ki, daha , 15 nəfər itkin düşüb. Təbii hadisə həmçinin şəhər məktəbini, hərbi hissəni və yaşayış evlərini dağıdıb.
Məktəb prezident seçkilərinin ikinci turunda seçki dairəsi kimi fəaliyyət göstərməli idi.