Bakıda ölümlə nəticələnən piyadavurma olub.
APA-nın xəbərinə görə, hadisə Bakı dairəvi yolunun Qanlı Göl yaşayış massivinin ərazisinə düşən hissəsində baş verib.Belə ki, 2002-ci il təvəllüdlü Qənbərova Sevinc İslam qızı sərnişin avtobusundan düşərək, sürət həddi 110 km/saat olan yolu keçmək istəyərkən onu Məcnunzadə Çingiz Gündüz oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil vurub.
Qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.