Bakının Sabunçu rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib.
Qaziler.az bildirir ki, hadisənin baş verdiyi ərazidə yaşayan sakinlərin "Report"a verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü M.A. Xanağa qızı qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib.Bunu bilən A.M-in qayınatası gəlinini qoşalülə tüfəngi ilə başından güllələyərək qətlə yetirib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.