İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı backend

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov sərbəst buraxılıb.

Bu barədə Lent.az-a O.Nadirovun özü məlumat verib. O bildirib ki, saxlanılması öz məsuliyyətsizliyinə görə olub: “Bu barədə çox danışmayacağam. Məlumat üçün onu bildirirəm ki, mən azadlıqdayam".

Qeyd edək ki, Orxan Nadirovun həbs xəbərini ilk olaraq Lent.az yazmışdı. O. Nadirov Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olub və polis əməkdaşlarının keçirdikləri əməliyyat – axtarış tədbirləri nəticəsində tutulmuşdu. O, Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib.
Diaspora