Bakıda küçədə pilləkənlərdən yıxılan kişi ölüb

Bakıda küçədə pilləkənlərdən yıxılan kişi ölüb backend

Bakıda küçədə pilləkənlərdən yıxılan kişi ölüb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, Badamdar şossesi ilə Parlament prospektinin kəsişməsində olan piyada keçidinin pilləkənlərində təxminən 50-55 yaşlı kişi yıxılaraq kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hadisənin dəqiq təfərrüatları araşdırılır.
Diaspora