Paytaxtda yaşayış binasında yanğın - 34 nəfər təxliyə edilib

Paytaxtda yaşayış binasında yanğın - 34 nəfər təxliyə edilib backend

Paytaxtda yaşayış binasında yanğın olub, 34 nəfər təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 196 ünvanda 17 mərtəbəli yaşayış binanın 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 34 nəfər təxliyə edilib. Təxliyə edilən şəxslərdən ikisi tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.