Hacı Məmmədovun bu dəqiqələrdə intihar etməsi xəbəri gündəmi zəbt edib. Artıq ölkənin ən ciddi və aparıcı informasiya agentliyi olan APA-da bu barədə məlumat yayıb.
Amma hazırda onun nə səbəbdən intihar etdiyi hamını düşündürən məsələdir.QAZİLER.AZ saytı xəbər verir ki, ilk versiya tanınmış jurnalist Aygün Muradxanlıdan gəldi. O, özünün facebook səhifəsində bu barədə yazıb:
“Hacı Məmmədov xərçəng vardı. 1-2 dəfə də intihara cəhd eləmişdi. Son illər şəkil çəkirdi. Hamısı da kodlu, mesajlı. Görəsən kimdədi şəkillər?”
Xatırladaq ki, hazırda gedən müzakirələrdə H.Məmmədovun intihar etmədiyi, kimlər tərəfindənsə öldürülməsi versiyası da səslənir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.