ABŞ-da həbsdə saxlanılan əslən azərbaycanlı milyarder Rza Zərrabın və yaxınlarının əmlakı müsadirə edilib.
Axar.az Türkiyənin “Sol haber” saytına istinadən xəbər verir ki, bu barədə İstanbul Cümhuriyyət Baş prokurorunun müavini Həsən Yılmaz deyib.“Türkiyə Cümhuriyyətinin təhlükəsizliyi, daxili və xarici mənafeyi baxımından gizli qalması vacib olan məlumatların hərbi-siyasi casusluq məqsədilə xarici ölkənin lehinə istifadə edilməsi səbəbindən belə qərar verilib”, - Yılmaz bildirib.
Siyahıda Zərrabın qızı Alara Zərrab və digər qohumlarının adları da var.