Qusar rayonunun Hil kəndində 17 yaşlı oğlanı analığı qətlə yetirib.
Qaziler.az Teleqraf.com-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü kənd sakini Nəsrəddin Daşdəmirovun ölümü ilə bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılıb.Məlum olub ki, onu analığı Rəna döyərək qətlə yetirib.
Bu ilin oktyabrında Nəsrəddin Daşdəmirov döyülmə xəsarəti ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.