Müğənni Kəmalə Vahabzadənin evi qarət olunub.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Bizimləsən" verilişində deyib. Kəmalə bildirib ki, hadisə avqustda baş verib. Polislər hələ də axtarış aparsalar da, oğrunu tapmaq mümkün deyil.Kəmalə 35 min dəyərində qızıllarının götürüldüyünü bildirib:
"Axşam toya getmişdim, anam da mənimlə gəldi. Gecə evə qayıdanda gördük ki, qapını aça bilmirik. Mətbəxin pəncərəsindən işıq gördük. Qonşunun su çəninin üstündən çıxıb. Evimiz üçüncü mərtəbədədir. Alətlə pəncərəni sındırıb, içəri keçib. 4 aydır bunu gizlədirəm. Ailəmlə kirayədə qalıram, xəstəxanalara düşdüm. Ailəmi kim hədəfə alıb, bizi pis günə qoyub tapmaq istəyirəm. 15 il kirayədə yaşayıb, ipoteka ilə ev aldım. İndi evə getməyə qorxuram. Götürülən qızıllar məni yandırmır. Əziyyətimə heyfim gəlir. qardaşımın xəstə balasına baxıram. Evimə getməyə qorxuram ki, cinayətkar yenə gələr. Çünki həmin adam azadlıqda gəzir. Hər yerə müraciət etmişəm. Mənim bir dəstimin qiyməti 12 min manat idi. Neçə belə dəstim götürülüb. Mənim çırağım sönüb".