Sahibi gündəlik satdığı qızıl-zinət əşyalarını avtomobilə qoyub, obyektin qapısını kilidləməyə macal tapmamış, maşın qaçırılıb.
Xezerxeber.az-ın məlumatına görə, film kimi ogurluq hadisəsi Mingəçevirdə baş verib. 55 yaşlı şəhər sakini Azər Müzəffərov axşam saatlarında hər zaman olduğu kimi dükandakı bütün qızıl-zinət əşyalarını xüsusi çantaya yığaraq avtomobilinə qoyub. Maşını işə salıb, obyektə yaxınlaşan zaman qəfildən nəmalum şəxs avtomobilə oturaraq onu qaçırıb.Dükan sahibinin sözlərinə görə,oğurlanan qızıl əşyaları arasında nişan üzükləri, qolbağ, ağır çəkili boyunbağılar daha çox olub.
Ümümilikdə obyekt sahibinə 200 min manatdan artıq zərər dəyib. Hadisə ilə baglı polisə məlumat verilib.
Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: