Avropa nəşri: “İKT tətbiqi – UNEC nümünəsində”

Avropa nəşri: “İKT tətbiqi – UNEC nümünəsində” backend

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, dosent Anar Rzayev və “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Turan Süleymanovun birgə hazırladığı elmi məqalə Macarıstanın SEFBIS jurnalında dərc edilib.

Qaziler.az bildirir ki, məqalə “Dövlət universitetində İKT-nin tətbiqi – UNEC nümünəsində” mövzusunda olub. Məqalədə UNEC-də tətbiq olunan İKT sisteminin geniş təsviri verilib və əsas üstünlükləri açıqlanıb. Eyni zamanda, İKT-nin UNEC nümünəsində tədris, təhsil və inzibati idarəetmədə səmərəlilik və keyfiyyətin artmasına təsiri araşdırılaraq qiymətləndirilib.

SEFBIS jurnalı Macarıstanın biznes informasiya sistemləri üzrə ən nüfuzlu elmi jurnaldır.
Diaspora