Sankt-Peterburqda Azərbaycan vətəndaşının boğazını kəsdilər

Sankt-Peterburqda Azərbaycan vətəndaşının boğazını kəsdilər backend

Sankt-Peterburqda azərbaycanlı bıçaqlanıb.

APA-nın verdiyi xəbərə görə, yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə ötən gün, yerli vaxtla gecə 4 radələrində Şturman küçəsində, azərbaycanlının yaşadığı mənzildə baş verib.

Naməlum şəxs 43 yaşlı Azərbaycan vətəndaşına bıçaqla hücum edərək boğazını kəsib.

Həmyerlimiz ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiyada olan yaralının durumu çox ağır qiymətləndirilir. Həkimlər onu xilas etməyə çalışırlar.

Faktla bağlı istintaq başladılıb, hadisənin detalları araşdırılır.
Diaspora