Bakıda dava zamanı gənc oğlan bıçaqlanıb.
"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu, Papanin kimi tanınan ərazidə (indiki Cəlil Məmmədquluzadə küçəsi) baş verib.1993-cü il təvəllüdlü Abbaszadə Ümid tanışı ilə əlbəyaxa dava edib. Dava nəticəsində o bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.