“ Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı və ya bu şəhərdə yaşayan soydaşımız yoxdur.“
Bu sözləri Report-a Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov deyib.Baş konsul bildirib ki, konsulluğun əməkdaşları hadisə yerindədirlər və yenə də vəziyyətlə maraqlanırlar.
Qeyd edək ki, bir neçə saat əvvəl Batumidəki “Leogrand” otelində yanğın baş verib. Yanğının otelin mətbəxindən başladığı bildirilir. Qəza nəticəsində xəsarət alanlar var. Son məlumatlara görə, yanğında ölənlər də var.
Oteldə olan “Miss Gürcüstan - 2017” müsabiqəsinin iştirakçılarından xəsarət alan olmayıb.
Oteldəki sakinlər təxliyə olunublar.