Filippin dənizinin Yaponiyanın Rükü adası sahillərində 5,6 maqnituda gücündə zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların episentri Naze şəhərinin 156 km şimal-şərqində, ocağı isə yerin 10 km dərinliyində qeydə alınıb.
Sunami təhlükəsi və zərərçəkənlər barədə məlumat daxil olmayıb.