Paytaxtda təcili yardım xidmətinə məxsus avtomobilin sürücüsü döyülüb.
"Report" xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.Belə ki, Yüzbəy Mürsəlov küçəsi, 92 ünvanında 1984-cü il təvəllüdlü İmamverdiyev Şamil İmamverdi oğlu qəfil naməlum şəxsin hücumuna məruz qalıb. Nəticədə o, döyülüb. Yaralı sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib.