Bakıda avtobus piyada zolağından keçən qadını vuraraq öldürüb

Bakıda avtobus piyada zolağından keçən qadını vuraraq öldürüb backend

Bakıda qadını sərnişin avtobusu vuraraq öldürüb.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yasamal rayonunda baş verib.

Belə ki, "Şamaxinka" kimi tanınan ərazidə piyada zolağından keçmək istəyən 1963-cü il təvəllüdlü Paşayeva Şahzadə Qoçu qızını dayanacağa daxil olan 65 nömrəli sərnişin avtobusu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. Sürücü saxlanılıb.



Diaspora