Tbilisidə keçirilən antiterror əməliyyatı başa çatıb.
"Report" xəbər verir ki, terrorçular zərərsizləşdirilib.Hazirda binada və ətraf ərazilərdə ehtiyat tədbirləri görülür və araşdırma aparilır. Terrorçuların sayı və yaralılar barədə dəqiq məlumat verilmir. Amma xüsusi təyinatlılar arasında 5 nəfərdən çox yaralı olduğu bildirilir.
* * *13:31
Tbilisidə keçirilən antiterror əməliyyatı zamanı təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərməkdə şübbhəli bilinən bir nəfər saxlanılıb.
"Report" xəbər verir ki, onun kimliyi və hansı ölkə vətəndaşı olduğu açıqlanmayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi məlumata görə, saxlanılan terrorçu xarici ölkə vətəndaşıdır: “O, Gürcüstan vətəndaşı deyil. Həmin şəxs xarici terrorçu qruplaşmanın üzvüdür".
Əməliyyat davam edir.
* * *11:55
Gürcüstan paytaxtı Tbilisinin İsani-Samqori rayonunda ötən gecə saatlarından başlayan antiterror əməliyyatı davam edir.
"Report" xəbər verir ki, səhər saat 10 radələrində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında şiddətli atışma olub.
Nəticədə bir xüsusi təyinatlı yaralanıb. O, təcili xəstəxanaya çatdırılıb.
Hazırda hadisə yerinə zirehli texnika gətirilir.
Ölən və yaralananlar barədə əlavə məlumat verilmir. Əvvəlcə doqquzmərtəbəli binada iki terroçunun olması barədə xəbər yayılsa da, hadisə yerindən atəş nöqtələrinin çoxluğu səbəbindən indi onların sayının çox olduğu güman olunur. Onlar təhlükəsizlik qüvvələrinin təslim olmaq barədə tələbini yerinə yetirməkdən imtina ediblər.
Polis terrorçuların zərərsizləşdirilməsi əməliyyatını mərhələli şəkildə həyata keçirir. Hadisə şahidləri və ərazidəki polis əməkdaşları "Report"un yerli bürosuna bildiriblər ki, xüsusi təyinatlılar terroçuların 9 mərtəbəli binanı partladacığından ehtiyat edir. Odur ki, əməliyyat mərhələli şəkildə davam edir.