Bakıda qızları öldürüb, ətindən qutab bişirən manyakın aqibəti necə oldu...

Bakıda qızları öldürüb, ətindən qutab bişirən manyakın aqibəti necə oldu... backend

“Bu cür cinayətkarlar heç zaman azadlığa buraxıla bilməz”.

Azərbaycanda 1990-cı illərdə 50-60 nəfər qadını öldürüb, sonra isə ətindən qutab bişirib satan İqor adlı manyakla bağlı müsahibə, yenidən gündəmə gəlib. Belə ki, 2001-ci ildə ölkə teleməkanında yayımlanan “Ailələr və talelər” verilişində jurnalist Nailə İslamzadənin suallarını cavablandıran adamyeyən manyak öz dəhşətli əməllərini bütün çılpaqlığı ilə danışmışdı. Xanım jurnalist tamaşaçıların istəyini nəzərə alaraq, həmin müsahibəni yenidən yayımlayıb.

Müsahibədə İqor bildirir ki, onun bu cür amansız əməli törətməsinin məqsədi 12-15 yaşlarında sevdiyi bir qız olub. Belə ki, sevdiyi qızdan rədd cavabı alan İqırda qadınlara qarşı nifrət yaranır. Söyləyir ki, o bunu həzm edə bilmir və bütün qadınlardan qisas almaq qərarına gəlir. Bildirib ki, 20-25 yaşında olan qızlarla tanış olduqdan sonra onları Xaçmaza, cinayət ortağının meşədə yerləşən evinə aparırmış.

Orada qızları öldürdükdən sonra cinayət ortağının - həyat yoldaşının da yardımı ilə onları ət maşınından keçirib, qutab bişirib, həm özləri yeyiblər, həm də avtovağzal və digər yerlərdə camaata satıblar: “Camaat bilmədiyi üçün qutabları alıb, yeyirdilər. Biz özümüz də əti yeyirdik. Qızları mən seçirdim. Onlara birinci pul təklif edib, cəlb edirdim. Daha sonra isə Xaçmaza aparırdım. Apardığım qızları dostumla birlikdə balta ilə öldürüb, başlarını kəsirdik. Qızlar bunu əvvəl hiss etmirdilər. Yalnız ölümlərinə az qalmış hiss edirdilər ki, onda da gec olurdu”.

Manyak bildirib ki, o, nə qədər qız öldürsə də, qəlbi soyumurdu: “Mənə qarşı da sevdiyim qız tərəfindən amansızlıq olmuşdu”.

Manyak müsahibənin sonunda onu da söyləyir ki, həbsdən çıxdıqdan sonra yenə də əməllərinə davam edəcək. Müsahibənin alınmasından 16 il zaman keçir. Bu müddət ərzində manyakın taleyi necə olub? Onun cinayət ortaqları həbs edilibmi?

Məsələ ilə bağlı məlumat almaq üçün Pentensiar Xidmətlə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən “Yeni Müsavat” bildirildi ki, qanunvericilik məhkumla bağlı hər hansı bir məlumatın verilməsini qadağan edir.

Lakin o da qeyd olundu ki, bu kimi məhbuslarla bağlı qanunverciliyə uyğun olaraq müvafiq addımlar atılır. Söylənildi ki, onun bəhs etdiyi fikirlər, dostunun azadlıqda gəzməsi faktı da həqiqəti əks etdirmir.

Məsələ ilə bağlı sabiq polis rəisi Mahmud Hacıyev də qəzetimizə söyləyib ki, bu cür cinayət törədən şəxslərə ömürlük həbs cəzası verilir: “Onların azadlığa buraxılması, əfv sərəncamlarına düşməsi mümkün deyil. Əgər müalicə almalıdırsa, müəyyən zaman daxilində onlara məcburi müalicə də tətbiq olunur. Sovetlər dönəmində bu cür şəxsləri güllələyirdilər. Sovet dövründə azyaşlı qızları zorlayan tələbə vardı. O, indiki Neft Akademiyasında əlaçı tələbə idi. Həmin tələbəni metronun “Əhmədli” stansiyası yaxınlığında tutdular. Bundan 3-4 il sonra yenə oxşar manyak peyda olmuşdu ki, o da azyaşlı qızları zorlayırdı. Həmin cinayətkarı da indiki “Koroğlu” metrosunun yaxınlığında tutdular. O zamanlar texnika, səsyazma, izləmə qurğuları indiki kimi olmasa da, əməkdaşlar güclü işləyirdilər. Bu İqır adlı manyakın da azadlığa çıxması, işinə davam etməsi mümkünsüzdür”.

Dünyada baş verən cinayətlərə nəzər salsaq, xeyli sayda bu kimi olayların şahidi olarıq. Məsələn, iki ay öncə Rusiyanın Krasnodar vilayətində adamyeyən ailə saxlanılıb. Polis orqanlarının məlumatına görə, saxlanılan ər-arvad 1999-cü ildən bəri cinayət törətməyə başlayıblar. Onlar qətlə yetirdikləri insanları parçalayaraq konserva hazırlayıblar. Bildirilir ki, adamyeyən cütlük ümumilikdə 30 cinayətdə şübhəli bilinsə də, hələlik 7 qətlin onlar tərəfindən törədildiyi sübut edilib.

Ekspertlər bildirirlər ki, bu kimi insanların cinayət səbəbləri seksual məzmuna əsaslanır. Bu kimi insanların bir neçəsinə də nəzər salaq.



Andrey Çikatilo - SSRİ-də insanların qorxulu kabusuna çevrilmiş ukraynalı Çikatilonun ləqəbi “Rostov qəssabı” idi. 12 il içində 52 qadın və azyaşlı qız uşağı öldürən qatilin ilk qurbanı 9 yaşlı qız idi. “Rostov qatili” öz qurbanlarını avtobus dayanacaqlarından seçirdi, onları evinə aparıb dillərini kəsirdi, cinsiyyət orqanlarını yeyərək, gözlərini çıxarıb ən amansız işgəncələr verirdi.1990-cı ildə həbs olundu. İşlədiyi cinayətlərin 52-dən çox olduğu ittihamı irəli sürüldü, lakin isbat edilmədi.1994-cü ildə güllələnərək öldürüldü.



Anri Li Lukas - 20 il ərzində ən az 350 nəfərin həyatını əlindən alan amerikalı qatil həbs olunduqdan sonra 600-dən çox insanı öldürdüyünü etiraf edib. Öz anasını öldürdükdən sonra 10 il həbs cəzası alan Anri Li Lukas həbxanada tanış olduğu Otislə birlikdə azadlığa çıxdıqdan sonra cinayət işləməyə davam etmişdi.
İstintaqa ifadəsində bunları sadəcə həzz üçün etdiyini demişdi. Ömürlük həbs cəzası aldı və 2001-ci ildə həbsxanada vəfat etdi.

Qarri Ridvey - 10 il ərzində 71 qadın öldürmüşdü. 2001-ci ildə ələ keçdi. Ömürlük həbs cəzası aldı.



Albert Fiş - Albertin 300-dən çox cinayəti var. İlk cinayətini 1910-ci ildə işləyib. Kiçik və kimsəsiz uşaqları qurban seçərək təcavüz edib öldürürdü. Fiş qurbanlarını diri-diri yeyirdi. İşgəncə verməyi “din uğrunda savaş” adlandırırdı. Özünə də işgəncə verməkdən həzz alan qatil mismarlı çubuqla özünü döyürdü.

Ən qəribəsi odur ki, bu cür qatillərdən hələ də həbs olunmayıb, azadlıqda gəzənləri də var. Xarici mətbuatda qeyd olunur ki, "Gülən üz" ləqəbi verilmiş naməlum qatil 90-cı illərin əvvəllərindən bu günə kimi 200-dən çox insanı qətlə yetirib. Ona "Gülən üz" ləqəbinin verilməsinin səbəbi öldürdüyü adamın yanına üzərində təbəssüm işarəsi olan rəsimlər qoymasıdır.

Musavat.com
Diaspora