Quba rayonunda oğul atasını güllələyib.
“Report”un xəbərinə görə, hadisə rayonun Qonaqkənd qəsəbəsində qeydə alınıb.Məlumata görə, 1994-cü il təvəllüdlü Xəyal Əhmədov atası, 1965-ci il təvəllüdlü Məhəmməd Əhmədovu ov tüfəngi ilə güllələyib. Yaralı Quba Rayon Mərkəzi
Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisənin səbəbləri araşdırılır.