Azərbaycanda yenə zəlzələ qeydə alınıb.
Modern.az Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb.Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Yeraltı təkanlar Ağdam rayonunda da hiss olunub.
Qeyd edək ki, ötən gün axşam Bərdə və Ağdam rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində Ağdamda 2, Tərtərdə 2 yaşayış evi tamamilə uçub. Onlarla evə ciddi zərər dəyib.