Bakıda təcili tibbi yardım maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə Rəşid Behbudov küçəsi, 8 saylı orta məktəbin yaxınlığında qeyd alınıb.Məlumata görə, “Chevrolet” markalı avtomobil tərəfindən vurulan piyadanı xəstəxanaya aparan təcili tibbi yardım maşını hərəkətdə olan başqa avtomobillə toqquşub.
İlkin ehtimala görə, ikinci qəza təcili tibbi yardım maşını yaralı şəxsi təcili xəstəxanaya çatdırmaq məqsədilə qırmızı işıqda hərəkət edərkən baş verib.