Bakı metrosunda qorxunc olay: qadın relslərin üstünə yıxıldı

Bakı metrosunda qorxunc olay: qadın relslərin üstünə yıxıldı backend

Bu gün səhər saatlarında metronun “Xalqlar Dostluğu” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb. Sərnişin sıxlığından vətəndaşlar yenə də vaqonlara minməkdə çətinlik çəkiblər.

Bakı metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a faktı təsdiqləyib. O bildirib ki, buna səbəb səhər 08:18 radələrində vətəndaşın qəfildən relslərin üzərinə yıxılması olub:

“Bu 1963-cü il təvəllüdlü Sevda Osmanova olub. “Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxtda relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsiylə qatar stansiyaya daxil olanda maşinist saxlayıb, qadını oradan çıxarıblar”.

N.Paşayev bildirib ki, başından xəsarət alan qadın dərhal təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.

Qurum rəsmisi sərnişinlərə müraciət edib:

“Bir daha xəbərdarlıq edirik ki, sərnişinlər təhlükəsizlik xəttini keçməsinlər. Ən əsası da bugünkü hadisə zamanı 3 sərnişin relslərin üstünə atlayaraq yıxılan sərnişinə yardım etməyə çalışıblar. Bu, qətiyyən yolverilməzdir. Çünki bu, onların həyatı üçün də təhlükə yaradır. Sərnişinin xilas edilməsi zamanı xəttə interval yaranıb. Hazırda qatarlar müəyyən olunmuş interval üzrə hərəkətdədirlər”.
Diaspora