Bakıda müğənni Mehrim Məmmədovanın evindən oğurluq olub.
Qaziler.az RePost.Az-a istinadən xəbər verir ki, oğurluq edən şəxs onun prodüseri kimi işləyən Mehtiyeva Tamella Rövşən qızıdır. Müğənni deyib ki, prodüseri onun 3 min AZN pulunu oğurlayaraq 90 LR 250 dövlət nömrə nişanlı ağ rəngli Volkswagen markalı avtomobili ilə Qazaxa qaçıb.Artıq bu barədə polisə də məlumat verib. Polisdə isə qadının dələduz olduğu üzə çıxıb. Məlum olub ki, qadın Nərimanov rayonunda bir müddət öncə kirayədə qaldığı İrina adlı qadının evini də qarət edib. Hazırda isə işi Nərimanov rayon məhkəməsində araşdırılır.