Kərkükdə terrorçu-kamikadze özünü partlatdı: 5 ölü, 20-dən çox yaralı

Kərkükdə terrorçu-kamikadze özünü partlatdı: 5 ölü, 20-dən çox yaralı backend

İraqın Kərkük şəhərində yerləşən Haşdi Şabinin(Xalq Səfərbərlik gücləri) binasında iki iki terror aktı baş verib.

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, terror aktları nəticəsində 5 nəfər ölüb, 20 den çox adam yaralanıb.

Bomba yüklü motosiklet ilə həyata keçirilən terror aktı Atlas məhəlləsində baş verib. Daxili işlər Naziri Atlas məhəlləsində törədilən terrorun şiələrin ibadət üçün getdikləri Kərkük mərkəzindəki Şiə məscidinə qarşı həyata keçirildiyini deyib. Bu hücumda 16 nəfər yaralanıb.

Partlayan bombalardan biri də Haşdi Şabinin mərkəzi ofislərindən birini hədəf aldı. Hücumlarda ən az 5 adam həyatını itirərkən, 20-nin üzərində yaralı olduğu bildirildi.
Diaspora