Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.
Həmvətənimiz Züleyxa İsmayılova Tallinin vitse-meri olacaq. "Estoniya Yaşılları" partiyasının sədri Züleyxa İsmayılova haqqında ictimaiyyət bir o qədər də məlumatlı deyil. Publika.az AZERTAC-a istinadən xəbər verir ki, Z.İsmayılova 1985-ci ildə Tallində dünyaya göz açıb. Anası eston, atası azərbaycanlıdır. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb.Z.İsmayılovanın iki övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.
Bundan əvvəl Z.İsmayılova özünü mediada jurnalist, müstəqil fotoqraf və fəal kimi təqdim edib. O, ətraf mühitin qorunması məsələləri ilə məşğul olan "Estoniya Yaşıllar Hərəkatı" təşkilatında könüllü kimi fəaliyyət göstərib. 2005-ci ildən siyasətlə məşğul olmağa başlayan Z.İsmayılova Sosial-Demokrat Partiyasına qəbul edilib. 2012-ci ilədək həmin partiyanın üzvü olub, iki il bitərəf qalıb, sonra "Estoniya Yaşılları"na qəbul olunub. 2017-ci ilin martından bu partiyanın sədridir.