SOCAR-ın dənizə düşən neftçisi öldü

SOCAR-ın dənizə düşən neftçisi öldü backend

Bu gün səhər saatlarında "28 May" NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb.

SOCAR -dan virtualaz.org-a verilən məlumata görə, neftçi operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub.

Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.
Diaspora