Masallıda intihar hadisəsi baş verib.
"Report"un məlumatına görə, Masallı rayon sakini, 1969-cu il təvəllüdlü İntiqam Ərşad oğlu Fətullayev intihar məqsədi ilə sirkə turşusu içərək özünü zəhərləyib. O, xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.