"Lotu Quli"yə sui-qəsd: Rövşən Lənkəranskinin qardaşı saxlanıldı - FOTO

"Lotu Quli"yə sui-qəsd: Rövşən Lənkəranskinin qardaşı saxlanıldı - FOTO backend

Bir neçə saat əvvəl İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsd cəhdinin qarşısını alıb.

Qeyd edək ki, Azərbaycanda 20 il həbs cəzası çəkən N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Azadlığa çıxdıqdan sonra N.Səlifov İstanbula gedib.

Azad edildikdən dərhal sonra N.Səlifov Azərbaycanın kriminal cəmiyyətinin başçısına çevrilib və onu kriminal aləmin alternativsiz lideri kimi tanıyıblar.

Qaziler.az oxu.az-a istinadən xəbər verir ki, dünən - noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsd hazırlanması barədə operativ məlumat alıblar.

Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət qrup gəlib.

Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM” ticarət mərkəzində saxlanılıb.

Killer dəstəsinə öldürülən "qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.

Qrupa aşağıdakı şəxslər daxil olublar: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdürrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

Diaspora