Metro iflic oldu: yarım saat gecikmənin səbəbi

Metro iflic oldu: yarım saat gecikmənin səbəbi backend

Səhər saat 08:04-də “Həzi Aslanov” stansiyasında 15 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq yaranıb. Bu səbəbdən stansiyada gərginlik söndürülüb.

Bu sözləri Axar.az-a Bakı Metrpolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu gün səhər saatlarında metroda yaranmış problemə aydınlıq gətirərkən bildirib. Onun sözlərinə görə, problem yarım saat sonra həll edilib:

“Həzi Aslanov” stansiyasında gərginlik olmadığı üçün qatarlar Əhmədli və Neftçilər stansiyasından digər xəttə verməklə geri qaytarırdıq. Yarım saat sonra “Həzi Aslanov”da da hərəkət bərpa olundu. Əsas gecikmə sadəcə ilk 15 dəqiqədə baş verdi. Daha sonra intervalı bərpa etdik. Qrafikdə pozulma baş versə də problem aradan qaldırıldı. Qatarların bəzi stansiyalarda gözlədilməsi də sırf qrafiki bərpa etmək məqsədi güdürdü. Tunellərdə qalmasın deyə, stansiyalarda saxlayırdıq”.

Qeyd edək ki, problem səhər saatlarında olduğundan, işə gələnlər böyük çətinliklə üzləşib.
Diaspora