Ağcabədidəki partlayışda 1 nəfər öldü

Ağcabədidəki partlayışda 1 nəfər öldü backend

Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

Modern.az xəbər verir ki, yanğın çənə qaz vurulan zaman partlayış baş verib, yanğın başlayıb. Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

***
19:53

Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində yanğın olub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Boyad kəndində baş verib.
Hadisə yerinə Ağcabədi və Ağdam rayonlarının yanğınsöndürmə briqadaları, habelə Təcili Tibbi Yardım briqadaları cəlb olunub.
Xəsarət alanlar barədə məlumat yoxdur.