Rusiya helikopteri Norveç sahilləri yaxınlığında dənizə düşüb

Rusiya helikopteri Norveç sahilləri yaxınlığında dənizə düşüb backend

Rusiya helikopteri Norveçdə, Barents dənizindəki Şpitsbergen arxipelaqında yerləşən Barentsburq yaşayış məntəqəsi yaxınlığında dənizə düşüb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Norveç Xilasetmə Xidməti öz "Twitter" səhifəsində yazıb.

Xəbərdə bildirilir ki, helikopterin göyərtəsində 8 nəfər olub: "Rusiya helikopteri Barensburq adasından 2-3 kilometr aralıda dənizə düşüb. Onun göyərtəsində 8 nəfər olub. Şimali Norvecin Xilasetmə Xidməti əməliyyat aparır. Hadisənin təfərrüatları barədə məlumat verilmir".
Diaspora