Tovuz rayonunda körpə bədbəxt hadisə zamanı yanıq xəsarəti alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini, 2016-cı il təvəllüdlü Ömər Elvin oğlu Quliyev yaşadığı evdə ehtiyatsızlıqdan içi qaynar su ilə dolu qab üzərinə aşıb. Nəticədə körpə ağır yanıq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.