Rusiya paytaxtı Moskvada naməlum kişi "Exo Moskva" radiostansiyasına hücum edib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, nəticədə radionun xanım aparıcısı Tatyana Felqenhauer yaralanıb."Radiostansiyaya bıçaqla soxulan kişi xanım aparıcı Tatyana Felqenhaueri bıçaqla boğazından yaralayıb. Aparıcı xəstəxanaya çatdırılıb, ona kateter diaqnozu qoyulub", - radiostansiyanın baş redaktoru Aleksey Venediktov bildirib.
Artıq hücum edən şəxs artıq saxlanılıb və polisə təhvil verilib.
Aparıcının həyati təhlükəsinin olmadığı bildirilir.